Bu ilin sentyabrın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 32 milyard 462,2 milyon manat təşkil edib.
1xeber.media Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i müqayisədə 1,4 %, ilin əvvəlinə nisbətən 25,6 %, 2025-ci ilin sentyabrın 1-i ilə müqayisədə isə 20,2 % çoxdur.
Hesabat tarixinə bankların xalis daxili aktivləri 22 milyard 515,7 milyon manat təşkil edib ki, bu da aylıq müqayisədə 2,7 % çox, ilin əvvəlinə nisbətən 6,2 % az, ötən il sentyabrın 1-i ilə ilə müqayisədə isə 8,4 % çoxdur.
Azərbaycanda bankların ümumi aktivləri 62 milyard 475,9 milyon manat olan 21 bank fəaliyyət göstərir.

















