1xeber.media xəbər verir ki, OPEC+ ölkələri noyabr ayında neft hasilatı üzrə mövcud hədəfləri dəyişməmək qərarına gəlib.
Alyansın toplantısından sonra bildirilib ki, səkkiz əsas OPEC+ ölkəsi noyabr ayı üçün hasilat hədəflərini əvvəlki səviyyədə saxlayacaq.
Qərar dünya neft bazarında qiymətlərin yüksək olduğu və Yaxın Şərqdəki vəziyyətin enerji təchizatına təsir etdiyi bir vaxtda qəbul edilib.
Bazar iştirakçıları OPEC+ qərarını diqqətlə izləyirdilər. Çünki hasilatın artırılması dünya bazarında əlavə neft təklifinin yaranmasına və qiymətlərin aşağı düşməsinə səbəb ola bilərdi.
Hazırda isə alyans bazara əlavə həcmdə neft çıxarmaq əvəzinə mövcud istehsal siyasətini qorumağa üstünlük verib.
















