
1xeber.media xəbər verir ki, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın müdafiə əməkdaşlığı üzrə komitəsi bu gün Ər-Riyadda görüş keçirir.
Toplantıda Türkiyənin xarici işlər naziri Hakan Fidan, müdafiə naziri Yaşar Güler və Baş Qərargah rəisi Selçuk Bayraktaroğlu iştirak edir. Səudiyyə Ərəbistanı və Pakistanın da yüksək səviyyəli nümayəndələri görüşə qatılır.
Danışıqlarda Yaxın Şərqdə son hadisələr və üç ölkə arasında müdafiə ittifaqının institusional strukturunun formalaşdırılması məsələləri müzakirə olunur.
Görüş Yəməndə vəziyyətin yenidən gərginləşdiyi bir vaxta təsadüf edir. Səudiyyə Ərəbistanının dəstəklədiyi Yəmən hökuməti husilərin nəzarətində olan ərazilərə qarşı geniş hərbi əməliyyata başlayıb.
Pakistan isə İranın husilərlə siyasi dialoq aparmaq təklifinin müzakirəyə çıxarıldığını açıqlayıb.
















