1xeber.media xəbər verir ki, Cənubi Koreya Prezidenti Li Ce Myon bəzi banklara qarşı son kiberhücumlarda süni intellekt texnologiyalarından istifadə edildiyinə dair şübhələrin olduğunu açıqlayıb.
Prezident ölkənin yeni dövrün kibertəhlükələrinə uyğun müdafiə mexanizmləri hazırlamalı olduğunu bildirib.
Li xüsusilə maliyyə sektorunun qorunması üçün süni intellektdən istifadə edən hücumlara qarşı yeni strategiyaların hazırlanmasının vacibliyini vurğulayıb.
















