
1xeber.media xəbər verir ki, Tayvan ABŞ-dan təxminən 14 milyard dollar dəyərində mümkün yeni silah paketinin hazırlanması ilə bağlı məlumatları izləyir.
Tayvanın müdafiə naziri Uelinqton Koo bildirib ki, Vaşinqtonun mümkün silah satışını daha kiçik paketlərə böləcəyi barədə ona yeni məlumat daxil olmayıb.
Məlumat ABŞ və Tayvan arasında hərbi əməkdaşlığın gündəmdə olduğu bir vaxtda yayılıb. Taypey Vaşinqtondan müdafiə imkanlarının gücləndirilməsi üçün əlavə silahlar almağa çalışır.
















