Nyu-Yorkdan Təl-Əvivə uçan "Delta Airlines" sərnişin təyyarəsi anonim bomba təhlükəsi səbəbindən Ben Qurion hava limanına eniş edib.
1xeber.media xəbər verir ki, bu barədə İsrail mətbuat yazıb.
Bildirilir ki, uçuş-enmə zolağına yönləndirilən təyyarədə hərtərəfli axtarış aparılıb. Sərnişinlər terminala təxliyə edilib. Axtarış zamanı heç bir qeyri-adi tapıntı aşkarlanmadığı açıqlanıb.















