Yəmən husiləri Təl-Əvivdəki Ben Qurion hava limanına raket zərbəsi endirdiklərini açıqlayıb.
1xeber.media xəbər verir ki, bu barədə şiələrin Ənsar Allah hərəkatının nümayəndəsi Yəhya Səriya məlumat verib.
O, hərəkatın Teleqram kanalında yazıb: "Biz işğal altındakı Yaffadakı Ben Qurion hava limanında Fələstin-2 hipersəs raketini buraxdıq".
Saria qeyd edib ki, raket hədəfinə çatıb və bu, hava limanında yarım saatdan çox hava hərəkətinin dayandırılmasına səbəb olub.
Husilər həmçinin Qırmızı dənizdə Amerikanın USS Harry S. Truman təyyarədaşıyan gəmisinə və döyüş gəmilərinə hücum ediblər.
Bir gün əvvəl Yəmən husiləri də Fələstin-2 hipersəs raketi ilə Təl-Əvivdəki Ben Qurion hava limanına zərbə endirdiklərini açıqlamışdılar.
Martın 18-də Yəmən husiləri Qəzza zolağında hərbi əməliyyatların yenidən başlamasına cavab olaraq bu ilin yanvarından bəri ilk dəfə İsrail ərazisini atəşə tutublar. Şiə hərbi-siyasi hərəkatı Ənsar Allah İsrailin cənubundakı Nevatim hava bazasına da hücum edib. Daha sonra Al Masirah telekanalı qeyd edib ki, Yəmən husiləri HƏMAS-a dəstək üçün hərbi eskalasiyanı davam etdirməyi planlaşdırırlar.