Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın AQEM çərçivəsində dövlətlər arasında qarşılıqlı əlaqələrin gücləndirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirib.
1xeber.media xəbər verir ki, bunu o, Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII sammitində bildirib.
"Azərbaycan tərəfinin Müşavirə çərçivəsində qarşılıqlı əlaqələrin gücləndirilməsinə və fəaliyyətin inkişafına verdiyi mühüm töhfəni böyük məmnuniyyətlə qeyd edirəm", – Japarov deyib.














