Bu gün axşam saatlarında Bakıdan İrəvana təyyarə uçacaq.
1xeber.media xəbər verir ki, bu barədə “Azadlıq” radiostansiyası “Flightradar24” saytına istinadən məlumat yayıb.
Məlumata görə, Tacikistanın “Somon Air” avişirkətinə məxsus “Boeing 737-8GJ” təyyarəsi oktyabrın 14-ü Düşənbədən Bakıya uçub.
“Tacikistan Prezidenti, eləcə də bir sıra digər ölkələrin liderləri Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak etmək üçün dünəndən Bakıya səfər ediblər. Lakin “Boeing 737-8GJ” təyyarəsi Tacikistan Prezidenti Emoməli Rəhmona xidmət göstərmir. Ermənistan da rəsmi nümayəndə heyətlərini qəbul etməyə hazırlaşır. COP17 çərçivəsində İrəvanda Liderlərin Zirvə Görüşü keçiriləcək”, - nəşr yazıb.
Bununla belə, təyyarənin Bakıdan İrəvana kimləri aparacağı açıqlanmır.














