
İran Prezidenti Məsud Pezeşkian sabah Ermənistana səfər edəcək.
1xeber.media Fars News-a istinadla xəbər verir ki, bunu İran XİN-in sözçüsü İsmayıl Bəqayi bildirib.
O qeyd edib ki, İran Prezidenti İrəvanda keçiriləcək BMT-nin Bioloji Müxtəliflik üzrə Tərəflərin Konfransının 17-ci sessiyasında (COP17) iştirak edəcək.
Məsud Pezeşkian səfər çərçivəsində sammitdə iştirak edən bəzi ölkələrin liderləri ilə də görüşlər keçirəcək.














