2026-cı ilin yanvar-sentyabr aylarında Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb.
1xeber.media xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə metro xidmətlərindən 156 milyon 158,2 min nəfər istifadə edib.
Ötən ilin eyni dövründə bu göstərici 162 milyon 575,8 min nəfər olub. Beləliklə, bir il ərzində metro sərnişinlərinin sayı 6 milyon 417,6 min nəfər və ya 3,9 faiz azalıb.
Maraqlıdır ki, ümumi nəqliyyat sektorunda sərnişindaşıma artıb. 2026-cı ilin yanvar-sentyabr aylarında nəqliyyat vasitələri ilə 1 milyard 771 milyon 305,6 min sərnişin daşınıb. Ötən ilin müvafiq dövründə bu rəqəm 1 milyard 614 milyon 512,9 min olub. Artım 9,7 faiz təşkil edib.














