1xeber.media xəbər verir ki, Bakıda 9 nömrəli marşrut üzrə sərnişinlərin narazılığı davam edir.
Sərnişinlərin sözlərinə görə, avtobuslar bəzi dayanacaqlara uzun fasilələrlə gəlir və gözləmə müddəti bir saata yaxın olur.
“Xaliq Faiqoğlu” şirkətindən bildirilib ki, 9 saylı marşrutda 12 avtobus fəaliyyət göstərir. Onlardan 6-sı iritutumlu, 6-sı isə orta tutumludur. Xətt üzrə nəzərdə tutulan hərəkət intervalı 10-12 dəqiqədir.
Şirkətin açıqlamasına görə, tıxac və yollardakı digər məhdudiyyətlər bəzi hallarda avtobusların hərəkət intervalının pozulmasına səbəb olur.















