1xeber.media xəbər verir ki, Hesablama Palatasına yeni auditor təyin edilməsi nəzərdə tutulur.
Məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin oktyabrın 20-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Yeni auditor vəzifəsinə Hafiz Mahir oğlu İsmayılbəylinin namizədliyi irəli sürülüb.
Hazırda Hesablama Palatasında 5 auditor fəaliyyət göstərir.
İclasın gündəliyində “Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri”nin təsdiq edilməsi haqqında qanun layihəsinin müzakirəsi də nəzərdə tutulub.















