1xeber.media xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) Avropanın qiymətləndirmə təşkilatlarını birləşdirən TEGOVA-ya üzv qəbul edilib.
Məlumata görə, AQC-nin üzvlüklə bağlı müraciətinə iyulun 21-də baxılıb və təşkilatın üzvlüyə qəbul edilməsi ilə bağlı müsbət qərar verilib. Üzvlüyün yekun təsdiqi oktyabrın 22–24-də Avstriyanın paytaxtı Vyanada keçiriləcək TEGOVA Baş Assambleyasında gözlənilir.
AQC nümayəndə heyəti toplantıda iştirak etmək üçün Vyanaya hazırlaşır.
TEGOVA-ya üzvlük Azərbaycan qiymətləndirmə sektorunun beynəlxalq səviyyədə tanınması, peşəkar əlaqələrin genişləndirilməsi və Avropa qiymətləndirmə mühitində təmsilçilik baxımından yeni imkanlar yaradacaq.
Təşkilata üzvlük qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, peşəkar biliklərin artırılması və qiymətləndirmə standartlarının inkişafına da töhfə verə bilər.















