1xeber.media xəbər verir ki, Bakının bir sıra avtomobil yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.
Sıxlıq olan yolların siyahısı belədir:
-
Aeroport şosesi — “Koroğlu” metro stansiyası istiqamətində;
-
1-ci Göl kənarı yolu — Ziya Bünyadov prospekti istiqamətində;
-
Binəqədi şosesi — “Azadlıq prospekti” metro stansiyası istiqamətində;
-
Bakı-Sumqayıt şosesi — “20 Yanvar” metro stansiyası istiqamətində;
-
Alı Mustafayev küçəsi — Ziya Bünyadov prospekti istiqamətində;
-
Ziya Bünyadov prospekti — Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
-
8 Noyabr prospekti — Süleyman Əhmədov küçəsi ilə kəsişmədən şəhər mərkəzi istiqamətində;
-
Yusif Səfərov küçəsi — şəhər mərkəzi istiqamətində;
-
Üzeyir Hacıbəyli küçəsi — Azadlıq prospekti ilə kəsişməyədək;
-
Tbilisi prospekti — “20 Yanvar” metro stansiyasından şəhər mərkəzi istiqamətində;
-
Heydər Əliyev prospektinin əsas yolu — şəhər mərkəzi istiqamətində;
-
Heydər Əliyev prospektinin köməkçi yolu — şəhər mərkəzi istiqamətində;
-
28 May küçəsi — Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyədək.
Sürücülərə yollardakı vəziyyəti nəzərə almaları, mümkün olduqda alternativ marşrutlardan istifadə etmələri tövsiyə olunur.















