
1xeber.media xəbər verir ki, Bakı Metropoliteninin “Həzi Aslanov” stansiyasında dalanın yenidən qurulması işləri başa çatıb.
Məlumata görə, işlər təxminən 280 metrlik sahədə üç mərhələdə həyata keçirilib. Ümumi uzunluğu 1 000 metrə yaxın olan dalan yolları müasir dəmir-beton özüllər üzərində qurulub.
Layihə çərçivəsində yoldəyişdirici qurğular dəmir-beton monolit bloklardan hazırlanıb. Dörd yoldan ibarət dalanda ümumilikdə altı yoldəyişdirici quraşdırılıb.
Qeyd edək ki, dalanın yenidən qurulması və stansiyanın dayanıqlılığının artırılması 2025–2030-cu illər üzrə Dövlət Proqramının icrası çərçivəsində həyata keçirilir.















