1xeber.media xəbər verir ki, Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərin Moskva ilə Vaşinqton arasındakı münasibətləri köklü şəkildə yaxşılaşdıracağına ümid etmədiklərini bildirib.
Ryabkovun sözlərinə görə, ABŞ-də Rusiyaya qarşı mövqelər partiyalar arasında geniş yayılıb və seçkilərin nəticələrinin münasibətlərə ciddi müsbət təsir göstərəcəyi gözlənilmir.
O, eyni zamanda, ABŞ siyasi elitasının mövqeyi ilə cəmiyyətin müəyyən hissəsinin düşüncələri arasında fərq olduğunu iddia edib. Diplomatın fikrincə, bir sıra amerikalılar sülhün, əməkdaşlığın və qarşılıqlı tərəfdaşlığın tərəfdarıdırlar.
Ryabkov əlavə edib ki, mövcud fikir ayrılıqlarına baxmayaraq, Rusiya ilə ABŞ arasında münasibətlərin inkişafı üçün imkanlar qalır. Onun sözlərinə görə, Moskva ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə intensiv dialoq aparır.
















