Moldova MDB çərçivəsində uyğunlaşdırılmış teletibb sistemlərinin yaradılması haqqında saziş və eyniadlı memorandumu, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının nümunələrinin ötürülməsi qaydalarına dair sazişi ləğv edib.
1xeber.media xəbər verir ki, qərarlar hökumətin iclasında qəbul olunub.
Moldova bundan əvvəl MDB-nin əsas sazişlərindən çıxıb və digər razılaşmaların ləğvi prosesinə başlayıb. Ölkənin birlikdən rəsmi çıxışı 2027-ci ilin aprelində baş tutacaq.
Son illərdə Moldovanın MDB-də üzvlüyü formal xarakter daşıyır.
Moldovanın MDB-yə münasibəti 2020-ci ildə prezident seçkilərində Maya Sandunun qələbəsindən sonra dəyişməyə başlayıb. Sandu Avropa İttifaqına üzvlük kursunu elan edərək, birliyin sammitlərində iştirakdan imtina edib.
















