1xeber.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp vitse-prezident Cey Di Vensin gələcək prezident seçkilərində namizədliyini dəstəkləməsini ondan istəmədiyini bildirib.
Tramp jurnalistlərlə söhbətində Vensin bu məsələni onunla müzakirə etmədiyini və prezident seçkiləri barədə danışmaq üçün hələ tez olduğunu deyib.
“Onunla bağlı bu barədə heç danışmamışıq. Bu məsələni düşünmək hələ tezdir. Deyə bilərəm ki, o, mənim çox xoşuma gəlir. Çox bacarıqlı insandır və öz işinin öhdəsindən yaxşı gəlir”, – deyə Tramp bildirib.
ABŞ lideri Vensdən başqa, digər namizədləri də bəyəndiyini qeyd edib. Onun sözlərinə görə, bu şəxslər arasında ABŞ dövlət katibi Marko Rubio da var.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl ABŞ-ın xüsusi elçisi Stiv Uitkoffla danışıqlar zamanı Ukrayna münaqişəsinin həlli üçün Vaşinqtonun və şəxsən Donald Trampın səylərini yüksək qiymətləndirmişdi.
















