Azərbaycan Xarici İşlər Nazirliyi İspaniyaya başsağlığı verib.
1xeber.media xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.
Azərbaycan XİN ölənlərin ailələrinə və yaxınlarına, habelə İspaniya hökumətinə və xalqına dərin hüznlə başsağlığı verib.
“Biz bu faciədən əziyyət çəkənlərin hamısının yanındayıq və yaralılara tezliklə və tam sağalmalarını arzu edirik”, - paylaşımda qeyd olunub.















