1xeber.media xəbər verir ki, G20 ölkələrinin xarici işlər nazirləri ABŞ-ın Atlanta şəhərində beynəlxalq gündəmdəki əsas məsələləri müzakirə etmək üçün görüşürlər.
Toplantıda Rusiya-Ukrayna müharibəsi, ABŞ və İsrailin İranla qarşıdurması, ticarət tarifləri və Cənubi Çin dənizindəki gərginlik əsas müzakirə mövzularıdır.
Görüşə ABŞ dövlət katibi Marko Rubio sədrlik edir. Tədbir dekabrda keçiriləcək G20 liderlər sammitinə hazırlıq məqsədi daşıyır. Çin və Rusiyanın nümayəndələrinin də iştirak etdiyi toplantıda ölkələr arasında fikir ayrılıqlarının müzakirələrə təsir göstərə biləcəyi bildirilir.















