Jurnalist Elnarə Baxışa yeni vəzifə verilib.
1xeber.media xəbər verir ki, Elnarə Baxış İnci Clinic və İnci Laboratoriyalarında PR və marketinq şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Xatırladaq ki, E.Baxış bu təyinatadək Milli Kibertəhlükəsizlik Agentliyinin Elektron Təhlükəsizlik Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışırdı. O, ötən ay sözügedən vəzifəsindən ayrılıb.
















