1xeber.media xəbər verir ki,1960-cı ildə nüfuzlu Science jurnalında fizik Haynts fon Försterin rəhbərliyi ilə dərc olunan riyazi araşdırmada bəşəriyyətin məhz 13 noyabr 2026-cı ildə (cümə günü, ayın 13-də) məhv olacağı proqnozlaşdırılmışdı. Həmin hesablamaya görə, 1960-cı illərdəki doğum tempi davam etsəydi, bu gün Yer kürəsində əhali sayı sonsuzluğa çatacaq və insanlar "aclıqdan yox, sıxlıqdan" məhv olacaqdılar. Lakin 1990-cı illərdən etibarən qlobal doğum səviyyəsinin kəskin azalması nəticəsində bu proqnoz özünü doğrultmadı.

















