1xeber.media NPR-ə istinadla xəbər verir ki, İlon Maskın "SpaceX" şirkəti bu gün Cənubi Texasdan nəhəng Starship raketinin ən iddialı sınağını həyata keçirir. Raket Yer kürəsi ətrafında dövrə vurduqdan 22 saat yarımdan sonra şaquli vəziyyətdə eyni meydançaya enməlidir. Şirkətin yeni maliyyə hesabatına əsasən, "SpaceX"in peyk interneti ("Starlink") və süni intellekt sahəsindən əldə etdiyi gəlir (23 milyard dollardan çox) artıq kosmik uçuşlardan gələn gəliri 10 dəfədən çox üstələyib və şirkət "NASA"nın Beynəlxalq Kosmik Stansiyaya uçuşlar üçün istifadə etdiyi köhnə "Falcon" sistemlərini tədricən sıradan çıxarır

















