1xeber.media xəbər verir ki,NASA-nın "Landsat" peyklərinin son görüntüləri əsasında hazırladığı yeni elmi hesabata görə, onilliklər boyu sürətlə məhv olan sahilboyu manqrov meşələri qlobal miqyasda yenidən bərpa olunmağa başlayıb. Alimlər bildirirlər ki, qorunma proqramları və təbii bərpa nəticəsində okean sahillərini fırtınalardan qoruyan və karbon qazını udan bu ekosistemlər yenidən genişlənir.

















