"Tərcümə mərkəzinə ayrılan büdcə Azərbaycan Yazıçılar Birliyinə geri qaytarılmalıdır".
1xeber.media xəbər verir ki, bunu AYB sədri Anar Rzayev Milli Məclisin Mədəniyyət komitəsinin Bülbül Fondunda təşkil etdiyi ictimai dinləmədə deyib.
“Nədənsə, tərcümə mərkəzini bizdən alıb ayrıca qurum yaratdılar. Buna sözüm yoxdur. Amma biz bu tərcümə mərkəzini saxladıq. Amma biz onu necə saxladıq? Birinci mərtəbəmizi restoranın icarəsinə verdik. Heç birimiz istəmirdik orda restoran olsun. Yazıçılar Birliyi hara, restoran hara? Bu restoran o vaxta qədər ki, fəaliyyət göstərirdi, o vaxtki icra başçısı Hacıbala müəllim orada reyd keçirdi. O işçiləri də yığışdırıb apardılar. Hara apardılar, indiyə qədər də məlum deyil. Mən demək istəyirəm ki, o Tərcümə Mərkəzi yarananda büdcəni də özü ilə apardı. Heç olmasa həmin büdcəni bizə qaytarsınlar. Biz istəmirik orda restoran olsun. İstəyirik orda mədəniyyət ocağımız olsun.
Parlamentə müraciət edirik ki, bizə kömək edin, Tərcümə Mərkəzinə ayrılan büdcə Azərbaycan Yazıçılar Birliyinə qaytarılsın.
Gözləyək ki, bizi Fransada çap etsinlər? Bizdə bircə Çingizi (Abdullayev) çap edirlər maşallah. Amma Amma Azərbaycan üçün tək Çingiz azdır. Digər yazıçılarımızın da əsərləri tərcümə olunmalıdır", - deyə AYB sədri bildirib.

















