Kürdəmirdə Rayon İcra hakimiyyəti başçısının müntəzəm olaraq yerlərdə əhali ilə keçirdiyi səyyar qəbul və görüşlər davam etdirilir.
1xeber.media xəbər verir ki, RİH başçısı Elşən Həsənli Kürdəmir rayon Şahsevən və Xırdapay kənd sakinləri ilə görüşüb.
Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini, şöbə və sektor müdirləri, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
İcra başçısı Elşən Həsənli çıxış edərək rayon ərazisində aparılan abadlıq quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat verib.
Daha sonra səyyar qəbullarda iştirak edən sakinlərin müraciət, təklif və xahişləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı RİH başçısı tərəfindən müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.



















