Avropa İttifaqının (Aİ) Rusiya, ABŞ və Ukrayna ilə aparılacaq danışıqlarda əsas prioriteti atəşkəsə nail olmaq olacaq.
1xeber.media xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen TASS agentliyinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Aİ həmçinin Ukrayna üçün təhlükəsizlik təminatlarının formalaşdırılmasını və ölkənin bərpası ilə bağlı müqavilələrin əldə edilməsini hədəfləyir.
Fon der Lyayen yaxın vaxtlarda Rusiyaya qarşı 22-ci sanksiyalar paketinin təqdim olunacağını da açıqlayıb. Bundan əlavə, onun sözlərinə görə, Ukraynanın hərbi maliyyələşdirilməsi ilə bağlı təkliflər ilin sonunadək hazır olacaq.
Qeyd edək ki, noyabrın 13-də Bloomberg agentliyi fon der Lyayenin Avropanın gələcək təhlükəsizlik arxitekturasının Rusiya ilə müzakirə edilməsini dəstəkləməsinin Aİ daxilində fikir ayrılığına səbəb olduğu barədə məlumat yayıb.
















