1xeber.media xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 3-də, 11-də və 22-də Rusiyaya səfər edəcək.
Paşinyan bu barədə Dublində çıxışı zamanı məlumat verib. O, səfərlərin Rusiya ilə danışıqlar aparmaq məqsədi daşıdığını bildirib.
“Danışıqlar aparmaq üçün Rusiyaya səfər edəcəyəm. Ümid edirəm ki, münasibətlərimizdə dostluq atmosferini qoruyub saxlaya biləcəyik”, – deyə Ermənistanın baş naziri qeyd edib.
Paşinyan Ermənistanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə münasibətlərinə də toxunub. O, ölkəsinin siyasi məqsədinin alternativ yaratmaq olduğunu vurğulayıb.
















