Noyabrın 14-də Naxçıvan-Ordubad magistral yolunda, Aşağı Əylis kəndi yaxınlığında 1 nəfərin ölümü, 2 nəfərin xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.
1xeber.media xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi açılıb.
Qeyd edək ki, "Hyundai" markalı avtomobilin aşması nəticəsində 1990-cı il təvəllüdlü Hüseynalı Hüseynəliyev həyatını itirib, 1994-cü il təvəllüdlü Əmrah Məmmədov və 1990-cı il təvəllüdlü Təbriz Zeynalov xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, Təbriz Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır. Qəzaya düşənlərin hər üçü qazidir.

















