Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpin arasında ikitərəfli danışıqlara start verilib.
1xeber.media xəbər verir ki, görüş Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində nümayəndə heyətlərinin iştirakı ilə keçirilir.
Danışıqlarda iki ölkə arasında əməkdaşlığın gələcək inkişaf perspektivləri, xüsusilə iqtisadi sahədə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunacaq.
Görüş zamanı Rusiya və Çin arasında iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsi və qarşılıqlı əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi məsələlərinin də diqqət mərkəzində olacağı gözlənilir.
Qeyd edək ki, Putin daha əvvəl Rusiyanın dünyanın ən böyük iqtisadiyyatları sırasında möhkəm yer tutduğunu bildirib. O, ölkəsinin rəqəmsal transformasiya sahəsində ön sıralarda olduğunu vurğulayıb.
Rusiya Prezidenti, həmçinin ölkənin elektron ticarət platformalarının dünyanın ən böyük on marketpleysı sırasına daxil olduğunu qeyd edib.
















