“Moskva ilə Bakı istənilən məsələni, həmçinin AZAL-ın təyyarəsinin qəza uğraması ilə bağlı yaranmış problemi həll edə bilər”.
1xeber.media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
XİN başçısı təyyarə qəzasının səbəbləri ilə bağlı isteriya yaratmamaq barədə çağırış edib:
“Qara qutu”ların məzmunu ilə bağlı artıq çox sayda məlumatlar təqdim edilib. Biz tamhüquqlu araşdırmanın nəticəsini gözləməli və həqiqətə uyğun gəlməyən məlumatları mətbuatda yayaraq vəziyyəti gərginləşdirməməliyik. Təhqiqat başa çatana qədər gözləmək vacibdir. “Qara qutu” məlumatları hazırda yayılan versiyaların çoxunu dəstəkləmir”.