Moskvada Qırmızı Meydanda Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş paradda ABŞ-dan müəyyən “böyük qonaq” iştirak edə bilər.
1xeber.media xəbər verir ki, bu barədə Amerikanın “Newsweek” nəşri yanvarın 16-da məlumat yayıb.
Onun mənbələrinə görə, Rusiyanın parad üçün yüksək rütbəli amerikalı qonağın gəlməsini gözlədiyi iddia edilir, lakin onun dəqiq kim olacağı hələ məlum deyil. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın özü "fantastik" variant olardı, nəşr yazır.
Jurnal xatırladıb ki, 2020-ci ildə ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Robert O'Brayen Moskvada Qələbə Günü qeyd etmələrində iştirak edib. O zaman Amerika prezidenti kimi ilk müddətə xidmət edən Tramp özü gəlmək istəsə də, müşavirləri onu fikrindən daşındırıblar.