Biz Azərbaycanın imkanlarını Türk dünyası üçün əlçatan edə bilmək üçün bir yola çıxdıq və bunun da adını Türk Ticarət Mərkəzi qoyduq.
1xeber.media xəbər verir ki, bu sözləri "Okuklu Holdinq"in direktoru Yılmaz Okuklu Azərbaycanda Qırğızıstan Ticarət Evinin açılışı zamanı çıxış edərkən deyib.
O qeyd edib ki, biz istəyirik ki, Azərbaycanın var olan imkanlarını bütün Türk dünyası üçün əlçatan edək.
"Bu gün özünə şəxsən böyük məhəbbətlə yanaşdığım, cəsarətinə heyran olduğum Qırğız Respublikasının səfiri Maksat Mamıtkanov Türk Ticarət Mərkəzində Türkiyədən sonra ikinci addımı atdı. Biz artıq ticarət mərkəzində Qırğız Respublikası ilə Azərbaycan arasındakı və gələcəkdə bütün türk dünyası arasındakı ticarəti inkişaf etdirmək üçün bu gün bir sıra müqavilələrə imza atacağıq. Hamımız üçün xeyirli olsun”,- deyə Okuklu əlavə edib.