Bələdiyyə seçkilərində 29 172 nəfər ilk dəfə səsvermə hüququ əldə edəcək.
1xeber.media xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədrinin müavini Rövzət Qasımov bu gün bələdiyyə seçkiləri ilə əlaqədar bülletenlərin dairə komissiyalarına paylanmasına başlanılması ilə bağlı tədbirdə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, səsvermə günü 18 yaşı tamam olan 153 seçiciyə xüsusi seçici kartları təqdim olunacaq.
Xatırladaq ki, yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.