1xeber.media xəbər verir ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsi Qumlaq kənd orta məktəbinin qəzalı vəziyyətdə olması ilə bağlı mediada yayımlanan şikayətlərlə bağlı məsələyə aydınlıq gətirib.
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqla təmin olunması, yeni binaların inşası və mövcud binaların əsaslı təmiri əsas prioritetlərdəndir.
Qeyd edirik ki, Oğuz rayonunun şəhid İntizam Rəhimov adına Qumlaq kənd tam orta məktəbinin vəziyyəti barədə məlumatlıyıq. Bildiririk ki, təhsil müəssisəsinin yalnız idman zalının yerləşdiyi binanın fasadına vurulmuş üzlük daşlarının bir hissəsi tökülüb. Həmin korpusun təmiri məqsədilə aidiyyəti üzrə müraciət edilib".
Bildirilib ki, təhsil müəssisəslərinin təmiri və tikintisi növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir.