Kaliforniyada ABŞ-dan ayrılmaq üçün “Calexit” adlı petisiya rəsmi qeydiyyata alındıqdan dərhal sonra imza toplamağa başlayıb.
1xeber.media xəbər verir ki, bu barədə New York Post (NYP) məlumat yayıb.
"Əgər qəbul olunarsa, təklif olunan tədbir - Böyük Britaniyada Brexit səsverməsinə istinad olan Calexit - 2028-ci ildə səsverməyə çıxarılacaq və seçicilərdən Kaliforniyanın ABŞ-dan ayrılıb azad və müstəqil ölkə olub-olmaması barədə sual veriləcək". xəbər nəşrin materialında deyilir.
Üstəlik, referendumla bağlı təşəbbüs irəli sürmək üçün seçicilərin ümumi sayının 50 faizindən çoxunu toplamalıdır. Əksəriyyət ABŞ-ı tərk etməyə səs versə belə, ilk növbədə belə bir qərarın nəticələrini təhlil etmək və rəsmi hesabat dərc etmək üçün xüsusi komissiya çağırılacaq.
Yanvarın 7-i çərşənbə axşamı səhər saatlarında nüfuzlu Pacific Palisades məhəlləsində güclü yanğın baş verib. Güclü külək və quru hava şəraiti səbəbindən yanğın sürətlə yayılıb. ABŞ-ın keçmiş prezidenti Co Bayden Kaliforniyada böyük fəlakət elan edib, ABŞ-ın yeni lideri Donald Tramp isə yerli hakimiyyət orqanlarının siyasətini tənqid edib. Yanğınların ümumi həcmi Lixtenşteyn ərazisini əhatə edib.