Rusiya prezidenti Vladimir Putin bazar ertəsi Leninqradın faşist alman mühasirəsindən azad edilməsinin 81-ci ildönümü ilə bağlı keçirilən anım tədbirlərində iştirak edir.
1xeber.media xəbər verir ki, bu barədə yanvarın 27-də Kreml məlumat yayıb.
“Prezident ənənəyə sadiq qalaraq, “Nevski Pyataçok” hərbi-tarixi kompleksindəki “Sərhəd daşı” abidəsi önünə gül dəstəsi qoyub”, - Kremlin Teleqram kanalında yayılan məlumatda deyilir.
Məhz cəbhənin Leninqradın cənub tərəfində, təxminən üç kilometr uzunluğunda olan bu hissəsində Qızıl Ordu əsgərləri blokadanın ilk günlərindən faşistlərə və onların müttəfiqlərinə şəhərə yaxınlaşmağa imkan vermirdilər. Önəmli olan odur ki, düşmən qüvvələri sayca sovet ordusundan üstün idi.