Cəlilabad rayonunda yol qəzası baş verib.
Hadisə rayonun Maşlıq kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Qazel" markalı yük avtomobili Maşlıq kənd sakinləri, 1997-ci il təvəllüdlü Əliyev Xəyal Kazım oğlunun və 2007-ci il təvəllüdlü İbadov Allahverən Ərəstun oğlunun olduğu at arabasını vurub.
Qəza nəticəsində hər iki şəxs müxtəlif bədən xəsarətləri alıb. Yaralanan şəxslər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.