Cənubi Sudanda təyyarə qəzası nəticəsində 18 nəfər həlak olub.
1xeber.media xəbər verir ki, bu barədə yanvarın 29-da “Radio Miraya” X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.
“Cənubi Sudanda “Unity” neft yatağından havaya qalxarkən 21 sərnişin və ekipaj üzvü olan təyyarə qəzaya uğrayıb, nəticədə 18 nəfər ölüb, daha 3 nəfərin vəziyyəti ağırdır”, - deyə məlumatda bildirilir.
Ölənlər arasında təyyarənin iki pilotunun olduğu dəqiqləşdirilib.