2024-cü ilin noyabrında Vilnüs yaxınlığında DHL təyyarəsinin qəzaya uğramasına pilotun səhvi səbəb olub.
1xeber.media xəbər verir ki, bu barədə istintaqın gedişi ilə tanış olan mənbələr məlumat yayıb.
“Material belə qənaətə gəlməyə əsas verir ki, bu, insan faktoru, pilot səhvi olub”, - nəşr qeyd edir.
Portalın məlumatına görə, xarici təsir və ya təyyarə avadanlığının nasazlığı ilə bağlı ilkin versiyalar təsdiqini tapmayıb.
Həmçinin, uçuşlar arasında pilotların istirahət vaxtının azaldılması da hava qəzasına təsir edib.