Medianın İnkişafı Agentliyi tərəfindən cəmiyyətin media savadlılığı mövzusunda məlumatlılığını artırmaq, gənclərin rəqəmsal media bacarıqlarını təkmilləşdirmək, informasiya mənbələri və axını ilə səmərəli qarşılıqlı əlaqə qurmaq, axtarış aparmaq, təhlil etmək, tənqidi qiymətləndirmək bacarığını inkişaf etdirmək, düzgün rəqəmsal bacarıqları formalaşdırmaq və gəncləri medianın ağıllı istehlakçılarına çevirmək məqsədilə hər il mütəmadi olaraq “Media Savadlılığı” Konfransı təşkil edilir.
1xeber.media xəbər verir ki,bu gün tədbirin 2-ci günü keçirilir."Media savadlılığı niyə vacibdir?" mövzusunda keçirilən tədbirdə rəqəmsal informasiya mühitində hər bir şəxs yaratdığı,ötürdüyü və qəbul etdiyi informasiyaya ehtiatlı yanaşmalı,onun yalnış olma ehtimalını daim diqqətdə saxlamalı olduğu yönündə müzakirələrin aparılacağı bildirilir.
Məlumatın doğruluğu hamımızın məsuliyyətidir!