Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveç Krallığının xarici işlər naziri Maria Stenergard ilə görüşüb.
1xeber.media Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi sosial şəbəkədəki rəsmi hesabında məlumat yayıb.
Görüş Maltada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası çərçivəsində baş tutub.
Nazirlər cari regional vəziyyəti və Azərbaycan-Ermənistan arasında normallaşma prosesini müzakirə ediblər.
C.Bayramov Ermənistan konstitusiyasında ərazi iddiası kimi qalan problemləri İsveç nazirinin diqqətinə çatdırıb.