Siyəzəndə sel fəsadları: Dağ Quşçu yolu dağılıb, körpü uçub...
1xeber.media xəbər verir ki,Siyəzən rayonunda baş verən güclü sel fəsadlara səbəb olub. Rayonun ən iri yaşayış məntəqələrindən biri olan Dağ Quşçu kəndinə gedən avtomobil yolu yararsız vəziyyətə düşüb.
Bundan əlavə, Qala-Altı istiqamətində yerləşən körpü selin təsiri nəticəsində uçub. Hazırda həmin ərazilərlə quru əlaqə tamamilə kəsilib.
Yaranmış vəziyyət əhalinin hərəkətinə ciddi maneələr yaradır və təcili tədbirlərin görülməsini zəruri edir.
















