Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahov həyat yoldaşı H.Pənahovaya Bakı Apellyasiya Məhkəməsində uduzsa da, ona aid əşyaları hələ də geri qaytarmayıb.
1xeber.media xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında H.Pənahova bildirib:
“Qarşı tərəfin növbəti instansiya məhkəməsinə müraciət etmək üçün vaxtı var. Yəqin ki, əşyalarımı geri qaytaracaqlar. Bildiyim qədəri ilə qarşı tərəf məhkəmədə uduzduğu üçün vəkilini də dəyişib”.
Həyat yoldaşından təhdidlər aldığı üçün onu telefonda əngəllədiyini bildirən H.Pənahova əlavə edib:
“Ortada uşaq da yoxdur, mülk bölgüsü də. Nə onların imarətini istəyirəm, nə də maşınlarını. Mən öz şəxsi əşyalarımı, qızıllarımı, cehizimi istəyirəm. İlyarımdır mən boşana bilmirəm. Süni şəkildə prosesi uzadırlar. Görünür, Məzahir Pənahov məhkəmə sədrinə zəng edib prosesi süni şəkildə uzatdırmağa nail olub. İki ay keçib, hakim hələ də boşanma işinə baxmayıb.