2018-ci ildə dövlət meşələri olan əksər rayonlarda Meşə İdarələri ləğv edildi və 2, 3, 4 və bəzən 5 rayonun meşə idarələri birləşərək 15 Regional Meşə Təsərrüfatı Mərkəzləri yaradıldı.
Bu mərkəzlərdə kadastr ştatları yaradıldı. Və onların sayəsində bir çox işlər görüldü, o cümlədən də vaxtilə meşə "quldurları"nın satdıqlar dövlət meşə fondu torpaqların əksər hissəsi üzə çıxaraq zəbtlərdən azad edildi.
Üzə çıxan bu zəbtlər bəzi Meşələrin Inkişafı Xidmətində oturan "işbaz"lara sərf etmədiyi üçün, indi də kadastr ştatını Mərkəzlərlərdən guya büdcəyə qənaət edirlər adı ilə ləğv təklifin irəli sürüblər
Çünki əkilən torpaqlarin hektarını kağız üzərində artırırlar , amma realda o yoxdur.
Belə saxta işlərə görə, onlar istəməzlər ki, əkinlərin kadastr koordinatları ilə düzgün vurulsun və yeni zəbtlər yerində dərhal araşdırılıb barəsində tədbir görülsün.
Regional Meşə Təsərrüfatları Mərkəzlərində olan sayı-hesabı olmayan, sonradan işbazlar tərəfindən yaradılan "a" adı )verilmiş meşə dolayların niyə ləğv edib büdcəyə qənaət etmirlər?!.
Halbuki bu işbazlar tərəfindən sonradan yaradılan sözügedən dolaylar "Meşənin təşkili" kitabında yoxdur.
Ramik Əşrəfov 2024-cü ilin birinci rübü Meşələrin Inkişafı Xidmətinə təyin olunandan sonra meşələrin "qara" günü,-meşələrdə isə kütləvi qırılma halları başladı, deyə -nyus az saytında iddialı bir məlumat paylaşılıb.

















