Bir müddətdir ki,İmişlinin Nurulu kəndində örüş torpaqlarının zəbt olunaraq yerində mal bazarının tikildiyi xəbəri ölkə gündəmini zəbt edib.
Xatırladaq ki,örüş sahəsində hər hansı kommersiya və ya digər məqsədlə tikinti işləri görmək ciddi qanun pozuntusu hesab olunur.
Bir qayda olaraq torpağın təyinatının dəyişdirilməsi mövcud qanunverciliyin tələblərinə uyğun olaraq Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin razılığı ilə Baş nazir tərəfindən verilən xüsusi sərəncam əsasında həyata keçirilə bilər. Hərçənd ki,mal bazarının tikildiyi örüş yerinin təyinatı hər hansı bir sərəncamla dəyişdirilməyib, amma bu işdə nazirlikdə söz sahibi olan şəxsin "əli var" iddiası problemin görünməz tərəfinə aydınlıq gətirir. Bu haqda bir qədər sonra...
Kəndlinin örüş torpağını zəbt edib şəxsi maraqlara görə aparılan tikinti demək olar ki,yekunlaşmaq üzrədir. Baxmayaraq ki,dəfələrlə bununla bağlı etirazlar,naraılıqlar və yuxarı instansiyalara müraciətlər də olunub.
TİKİNTİYƏ HİMAYƏDARLIQ EDƏN ŞƏXS İCRA HAKİMİYYƏTİNİ DƏ SAYMIR....
Bir halda ki,İmişli Rayon İcra Hakimiyyətinin başçısı kənd sakinlərinin şikayəti ilə əlaqədar sözügedən ərazidə hər-hansı kommersiya təyinatlı tikinti işlərinin aparılmamasına və dayandırılmasına dair müvafiq qərar verib,amma mal bazari tikən şəxsə himayədarlıq edənin biznes həvəsi o qərara da məhəl qoymayıb. Etibarlı mənbə qeyd edir ki , bazarın tikintisinə himayədarlıq etdiyi deyilən şəxsin nəzarəti altında həmin ərazidə tikinti işləri sürətlə davam etdirilir və obyektdə son yekunlaşma işləri görülür.
Mənbə iddia edir ki ,hazırda fəaliyyəti dayandırılan "Azstroy" şirkəti mal bazarının tikintisində "canla-başla" iştirak edir...
DEPUTATIN XANIMININ ŞİRKƏTİ QARABAĞDA MİLYONLAR QAZANIR,8 MİNLİK KONTEYNERLƏR 30 MİNƏ NECƏ SATILIR?
İddia olunur ki,Qarabağın bərpası layihəsi çərçivəsində Laçında,Ağdarədə,Xankəndi və digər yerlərdə tikinti işləri görən "Azstroy” tikinti şirkəti deputat Razi Nurullayevin qardaşları Hacı Hasil və Hüseynə, eləcə də deputatın həyat yoldaşı Könül xanıma aid olub.
Mövcud problemlə bağlı dəfələrlə müxtəlif media subyektlərində ,sosial platformalarda mövzuların işıqlandırlmasına baxmayaraq ,hətta İmişli İH-nin açıqlamalarına da məhəl qoymadan sözügedən ərazidə tikinti -bərpa işlərinin aparılması bir məsələni xüsusi önə çəkir:
Örüş yerində tikilən mal bazarına himayədarlıq edən şəxs kimdir? Mənbə iddia edir ki,orada tikinti işlərinə başlamadan öncə millət vəkili Razi Nurullayev bir çox vəzifəli şəxslərlə görüşüb, istər Qarabağda,istərsə də İmişli rayonu ərazisində ona arxa-dayaq duran şəxs axtarıb.
Nəzərə alsaq ki,Bakı Abadlıq Xidməti MMC -nin rəhbəri Bünyad Qasımov olsa belə,hər kəsə məlumdur ki, Bakı Abadlığa nəzarəti Yaqub Eyyubov həyata keçirir və bu məqamda Razi Nuriullayevin qardaşlarının biznes planlarını gerçəkləşdirmək üçün ən ideal şəxsin Yaqub Eyyubov olduğu bildirilir.
Mənbə qeyd edir ki,bundan sonra R,Nurullayev şəxsi münasibətlərindən istifadə edərək konkret şəxslər vasitəsi ilə Eyyubova yaxınlaşmağı bacarıb. Və bundan sonra deputatın xanımının qeyri formal rəhbərlik etdiyi "Azstroy" MMC Qarabağda tikinti işlərinə cəlb olunur.
Mənbə bildirir ki,Qarabağdan əldə olunan yüksək gəlirlər hesabına İmişli ərazidində mal bazarının tikintisinə başlanılır.Bir çox mənzillər və bahalı avtomobillər alınır.O da iddia olunur ki,hətta bir necə min manata dövlətə təqdim olunan konteynerlər sonradan yüksək məbləğə satılır.
BAŞ NAZİR YAQUB EYYUBOVU VƏ DEPUTAT RAZİ NURULLAYEVİ NƏ BİRLƏŞDİRİR?
Aqrar siyasət komitəsinin sədr müavini olaraq aidiyyatı məslələrdə vətəndaşların hüquqlarını qorumalı olan ,lakin səlahiyyətlərindən kənar işlərlə məşğul olduğu iddia edilən Nurullayevi bu qədər şikayətlərə rəğmən toxunulmaz saxlayan nə və ya kimdir?
Doğurdanmı 26 ildir baş nazirin müavini olan yaqub Eyyubov Nurullayevin "qoruyucusu" qismində çıxış edir? Mənbə iddia edir ki,məhz torpağın təyinatının dəyişdirilməsi məsələsində öhdəliyi üzərinə götürərək Nurullayevi örüş yerində kommersiya məqsədli tikinti işi aparmağa ürəkləndirən Eyyubov işlərin dayandırılmasına verilən qərarın yerinə yetirilməməsi üçün də təziqlər edir.Anlaşılan baş nazirin müavini və deputatın birləşən gücü İmişlidə mal bazarının tikintisini daha da sürətləndirir.İki məmurun iş birliyi təkcə mal bazarının tikintisinə "krışalıq" etməklə bitmir.
İddialara görə Nurullayevlər ailəsinə məxsus "Azstroy" MMC, "Eyyubov" MMC, "Bakı Abadlıq Xidməti" MMCni birləşdirən məqamların tezliklə üzə çıxacağı istina edilmir.
Yaqub Eyyubovun uzun illər vəzifədə qalmasında rus FAKTORU...
Bəs Azərbaycan vətəndaşı yaqub Eyyubovu necə tanıyır?Eyyubov Azərbaycan hakimiyyətinin ən uzunömürlü simalarından biridir.Səsini nadir hallarda eşitmək mümkün olan Eyyubov daha çox oğlu Orxanın Britaniya vətəndaşlığı almaq üçün 1 milyon funtsterliqindən keçməsi ilə gündəmə gəlib.
Daha sonra Riqada 1 milyard dollarlıq bank hesabının dondurulması xəbəri ilə diqqət çəkən Eyyubovlar bu ittihamdan da "sıyrıldılar".80 yaşlı müavinin adı "Rusiyanın adamı" olması ilə də tez tez anılır.Elə buna görə də Rusiyanın "Dostluq" ordeni ilə təltif edilib fikri daha aktualdır.Onu da qeyd edək ki,bu ilin oktyabr aylında prezident İlham Əliyev Eyyubovu “İstiqlal” ordeni ilə də təltif edib.















