Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev tərəfindən bir qrup Ədliyyə Nazirliyi əməkdaşları təltif edilib.
Onlardan biri də Aytən Muradovadır.
1xeber.media xəbər verir ki,Prezidentin "Tərəqqi" medalı ilə təltif etdiyi Aytən Muradova sabiq deputat Cahangir Hüseynovun qızıdır.
Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən təltif olunan Aytən Muradova 1978-ci ildə anadan olub.Ədliyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.
Hazırda Ədliyyə Nazirliyinin Notariat,Qeydiyyat və Reyestr Baş İdarəsində Qeydiyyat şöbəsinin rəisi vəzifəsində çalışır.
/oxu24.com














