23 noyabr səhər saatlarından başlayaraq Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, C. Axundzadə küçəsində baş verənlər yerli sakinlərin ciddi narazılığına səbəb olub.
1xeber.media xəbər verir ki,sözügedən ərazidə yaşayan bir qrup sakin “AzPolitika”-ya müraciətində “Darvaz MMC” adlı MTK-nın sahibi Namazov Faiq Mirzəli oğlunun qanunsuz olduğunu iddia etdikləri əməllərindən şikayətləniblər.
Sakinlərin bildirdiyinə görə, həmin MTK-nın qarşısındakı ərazidə anidən, onlara xəbərdarlıq edilmədən, məlumat lövhəsi qoyulmadan tikinti işlərinə başlanılıb. Səhər saatlarında əraziyə gələn işçilər bir neçə nöqtəni işarələyib, ölçü aparıblar. Qonşular yaxınlaşıb soruşduqda isə onlara “buranı tikirik” cavabı verilib.















