Səbail rayonunun Bayıl qəsəbəsində, Neftçi Qurban küçəsində – Səbail Hərbi Komissarlığının yaxınlığında aparılması nəzərdə tutulan hündürmərtəbəli bina tikintisi ciddi narahatlıq doğurur.Məlumata görə, tikinti işləri başlamazdan əvvəl burada xeyli sayda ağac kəsilib, yaşıllıq məhv edilib. İddialara əsasən, əgər ərazinin əvvəlki “sputnik” görüntüləri araşdırılsa, burada mövcud olmuş yaşıllıq sahələrinin necə yox edildiyi açıq şəkildə görünər.Ən ciddi məqamlardan biri isə həmin ərazinin sürüşmə zonası hesab olunmasıdır















